NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Qərb ölkələri ilə Rusiya arasında münasibətlərin normallaşması Ukraynadakı münaqişə bitdikdən sonra belə gəlməyəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu qiymətləndirməni “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.
“Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik” -deyən Stoltenberq həmçinin qeyd edib ki, Qərb ixtiyarında “böyük resurs”a malik olan Rusiyanı “kiçiltməməlidir”.
Nazlı Almuradova




USD
EUR
GBP
RUB