Qapan meri heç kimin "təhlükəsizliyinə zəmanət vermir"?

Qapan meri heç kimin "təhlükəsizliyinə zəmanət vermir"?

Qapan şəhərinin meri Gevorq Parsyan, icmanın ərazisindən Azərbaycana “dəhliz” verilərsə, o, “heç kimin təhlükəsizliyinə zəmanət verməyəcəyini” bildirib.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Parsyan erməni jurnalistlərə verdiyi müsahibəsində Sünik sakinlərinin “dəhliz” yaranacağı təqdirdə mümkün reaksiyası ilə bağlı sualı cavablandırarkən elə-belə də deyib: “Əgər Qapan şəhəri vasitəsilə hər hansı dəhliz, yol verilirsə, mən heç kimin təhlükəsizliyinə zəmanət vermirəm”,

Bundan əlavə erməni mer Bakı ilə danışıqlar zamanı hansı məsələlərin müzakirə olunduğunu bilmədiyini də vurğulayıb.

Bununla belə, Parsyan Qapandə təhlükəsizlik vəziyyətinin ciddi və gərgin olaraq qaldığını da bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin açıqlamaları yerli ermənilərdə narahatlıq doğurur, onları qorxudur.

Qapan meri 2020-ci il müharibəsindən sonra bölgəyə gələn turistlərin sayında azalma olduğunu da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə