Rusiya türməsindən...Ukraynadakı müharibədə öldürülən taciklər?

Rusiya türməsindən...Ukraynadakı müharibədə öldürülən taciklər?

Rusiyada cəza çəkən və Ukraynadakı müharibədə öldürülən Tacikistan vətəndaşının meyiti yaxınlarına təhvil verilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

Tacikistanın Xatlon vilayətinin Dusti rayonundan olan 47 yaşlı tacik narkotik alverinə görə 2007-ci ildən Sankt-Peterburq həbsxanasında cəza çəkirmiş, “lakin Ukraynada gedən müharibədə həlak olub”.

Dusti rayon hökumətinin nümayəndələri yanvarın 11-də bu xəbəri təsdiqləsələr də, təfərrüatları açıqlamayıblar.

Mərhumun yaxınlarından biri Rusiya tərəfinin məlumatına istinadən, qohumunun 2022-ci il oktyabrın 19-da Ukraynaya müharibəyə getmək üçün həbsxananı “tərk etdiyini” bildirib. Məhkumun başqa ölkədə müharibə zonasına necə düşdüyünü ancaq təxmin etmək olar.

Maraqlıdır ki, “sinəsindən güllə yarası aldığına görə ağır qanaxmadan” ölən tacikin ailəsinə onun hansı şəraitdə Ukraynaya müharibəyə göndərildiyi aydın deyil.

Yeri gəlmişkən qeyd edək ki, bu Rusiya türməsindən Ukraynadakı döyüşlərə düşən və orada öldürüləın ilk tacik deyil. Belə ki, 2022-ci ilin dekabrında da Xatlon vilayətində iki nəfər dəfn edilib. Bildirək ki, onlar da Rusiya türməsinə düşənlərdən olublar və Ukraynadakı döyüşlərə necə qatıldıqları hələ də yaxınlarına müəmma olaraq qalır.

Belə görünür ki, PMC “Vagner”in sahibi, Vladimir Putinə yaxın olan rusiyalı biznesmen Yevgeni Priqojin elə də pis işləmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə