Böyük Britaniya Ukraynaya “Apaçi” helikopterləri verməyəcək?

Böyük Britaniya Ukraynaya “Apaçi” helikopterləri verməyəcək?

Bu arada Böyük Britaniyanın Müdafiə Nazirliyi mətbuatda Ukrayna hərbçilərinə müasir “Apaçi” helikopterlərinin tədarükü ilə bağlı yayılan məlumatları təkzib edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sky News”un müxbiri Debora Hayns “Twitter”də məlumat verib.

Müdafiə Nazirliyi Böyük Britaniyanın Ukraynaya “Apaçi” hücum helikopterlərini göndərəcəyi ilə bağlı Daily Mirror məqaləsinin yanlış olduğunu bildirib.

O əlavə edib ki, bazar ertəsi, yanvarın 16-da Böyük Britaniyanın müdafiə naziri Ben Uolles növbəti hərbi yardım paketinin tərkibi barədə ətraflı məlumat verəcək.

Xatırladaq ki, London bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə 14 “Challenger 2” tankı və 30-a yaxın AS-90 özüyeriyən artilleriya qurğusunun (AKS) göndərildiyini elan etmişdi.

Qeyd edək ki, bəyanatda Kiyevə helikopter və ya təyyarələrin göndərilməsi ilə bağlı məlumat verilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə