Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz kimi öz ərazisini təklif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rada telekanalının efirində Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib.
Lubinetsin dediyinə görə, Türkiyə tərəfi vasitəçi olmaq istəyir.
Belə ki, onlar Rusiya Federasiyası ilə öz əlaqə kanallarından istifadə etməklə mülki vətəndaşlar və ya yaralı seçim olaraq, ilk növbədə Rusiyadan qayıda bilər. Rusiya Federasiyası Türkiyəyə, sonra isə Ukrayna ərazisinə qayıdacaqlar.
Onun sözlərinə görə, hazırda Ankaranın təklifi müzakirə olunur.
Daha əvvəl Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın Qərblə Rusiya arasında “böyük sövdələşmə” bağlanacağı təqdirdə Ukraynadakı münaqişənin sona çatacağını bildirmişdi.
Kalın Rusiyanın ilk növbədə ABŞ-la yeni müqavilə bağlamaq istədiyini irəli sürüb. Onun fikrincə, hadisələrin fərqli inkişafı ilə Ukraynada hərbi əməliyyatlar uzana bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB