Kimyəvi zavodda partlayış olub

Çinin şimal-şərqində kimyəvi zavodda partlayış baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sina” informasiya portalı xəbər verir.

Partlayış Liaoninq əyalətinin Panjing şəhərindəki kimya zavodunun ərazisində, alkilləşdirmə qurğusunun təmiri zamanı (üzvi birləşmə molekuluna alkil əvəzedicisinin əlavə edilməsi nəticəsində yaranan kimyəvi reaksiya) baş verib. Alkilləşmə sənayedə və neft emalı sənayesində istifadə olunur.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə və dağıntıları təmizləməyə başlayıblar. Zərərçəkənlər barədə məlumat yoxdur. Hazırda qəzanın səbəbləri və müəssisə işçilərinin xilas edilməsi istiqamətində araşdırma aparılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə