Burkina-Fasonun şimalında silahlılar 60-a yaxın qadını qaçırıblar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi hakimiyyətə istinadla məlumat yayıb.
Yanvarın 12-13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər.
Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını aparırlar.
Səlahiyyətlilər hücumların terror qruplaşmaları tərəfindən törədildiyini güman edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB