Belqorodda ölənlərin sayı məlum olub

Belqorodda ölənlərin sayı məlum olub

Belqorod vilayətində keçmiş istirahət mərkəzinin binasında sursatın partladılmasından sonra 16 hərbçi yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbçilərdən üçünün öldüyü deyilir. Qeyd edək ki, rus saytları yaralananlar barədə xəbər versə də, amma onların hazırkı vəziyyəti barədə heç bir şey yazmayıblar.

Beləliklə hadisə Koroçanski rayonundakı “Tonenkoye” fermasının istirahət mərkəzində baş verib.

“İlkin olaraq 3 nəfər ölüb, 13 nəfər yaralanıb”, - bunu mənbə bildirib.

Hadisə baş çavuşun mövqedə RQD-5 qumbarasını partlatması nəticəsində yaranıb. Fövqəladə hadisə nəticəsində yaxınlıqdakı döyüş sursatı partladılıb, yanğın baş verib. Verilən məlumatlara görə, yanğının sahəsi 450 kvadratmetrə çatıb.

Partlayışda yaralanan əsgərlər xəstəxanalara aparılıb.

Hərbi prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə