Tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze Tbilisidə məşhur yaradıcı insanların və ictimai xadimlərin dəfn olunduğu tarixi Panteon Mtatsminda qəbiristanlığında dəfn olunacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçinin dostu Corc Rovals “Moskovski Komsomolets”in jurnalistlərinə bildirib ki, vida tarixi və dəfnin vaxtı ilə bağlı məsələ həll olunur. Ehtimal ki, biz gələn həftənin cümə axşamı və ya cümə günündən danışırıq.
“Bütün Gürcüstan Vaxtanqın gedişinə görə ağlayır. O, məşhur bir sevimli idi. Nani Breqvadze çox narahatdır. (...qeyd edək ki, 1966-cı ildə Vaxtanq Kikabidze ilə tanışlıq sonradan onların möhkəm dostluğuna çevrilib-A.B.)
Ona baş verənlər barədə sadəcə məlumat verildi: o, ağlayırdı”.
Rovals deyib bunu.
Qeyd edək ki, sənətkarın torpağa tapşırılacağı qəbiristanlıq Rusiya imperiyası dövründən mövcud olub. Belə ki, rus Aleksandr Qriboedov da bu qəbiristanlıqda basdırılıb.
Sonda onu da qeyd edək ki, Kikabidze 85 yaşında ürək tutmasından vəfat edib. Son illərdə müğənni və siyasətçi xəstə idi, amma keçən il həyat yoldaşının vəfatı Vaxtanq Kikabidzenin sağlamlığını şikəst etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB