Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində ölkə iqtisadiyyatındakı vəziyyəti stabil qiymətləndirib. O əlavə edib ki, əldə olunan rəqəmlər Rusiya rəhbərliyinin gözləntilərindən də yaxşı olub.
SİA bu barədə rus saytlarına istinad edir.
“İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır”, - deyə Vladimir Putin vurğulayıb.
O, əlavə edib ki, ümumilikdə Rusiyada vəziyyət kifayət qədər qənaətbəxşdir, yəni praktiki olaraq yaxşıdır.
Prezidentin sözlərinə görə, ölkədə işsizlik tarixi minimum həddədir. Üstəlik, inflyasiya gözləniləndən də aşağıdır və azalma tendensiyası müşahidə olunur.
Rusiya dövlət başçısının sözlərinə görə, bu gün ölkədə kənd təsərrüfatı, tikinti, sənaye yüksəlişdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB