Ukrayna Rovno vilayətində Belarusla bütün sərhədi minalayır

Ukrayna Rovno vilayətində Belarusla bütün sərhədi minalayır

Ukraynanın Belarusla həmsərhəd olan Rovno vilayətində sərhədə bütün yaxınlaşmalar minalanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qubernator Vitali Koval bu barədə öz Telegram səhifəsində məlumat verib.

Bundan əlavə, Rivne vilayətinin qubernatoru regionun şimalında mühəndis-istehkam strukturlarının tikintisinin davam etdiyini, həmçinin tank əleyhinə xəndəklərin qazıldığını vurğulayıb.

Kovalın sözlərinə görə, Rovno vilayətində Belarusla həmsərhəd ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri, ərazi müdafiə və sərhəd qoşunları, həmçinin regionun 64 ərazi icmasının hər birinin könüllü birləşmələri var. Buna görə də, əgər Rusiya Belarusdan daha bir cəbhə açsa, o zaman “Rovna vilayətinin şimalı qanlı bataqlığa çevriləcək”, – deyə Rovna vilayətinin başçısı söz verib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Belarusla həmsərhəd olan Rivne vilayətində istehkamlar tikməyə başladığı barədə məlumat yayılmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə