Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların Müdafiə Nazirliyi və Baş Qərargahın planı çərçivəsində həyata keçirildiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının prezidenti Başqırdıstanın birinci rəhbəri Murtaza Rəhimovla vida mərasimində iştirak etdiyi Ufadan yola düşməzdən əvvəl “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Dinamikalar müsbətdir”. Putin deyib bunu.
O, həmçinin döyüşçülərin öz döyüş işlərinin nəticələri ilə onları dəfələrlə sevindirəcəklərinə də ümid etdiyini bildirib.
Zarubin Putindən Soledardan (Donetskdən təxminən 75 km şimalda və Artemovskdan 10 km şimalda yerləşir) xəbərlər fonunda hərbi əməliyyatın gedişatını qiymətləndirməyi xahiş edib.
Xatırladaq ki, yanvarın 13-də Müdafiə Nazirliyi şəhərin tam ələ keçirildiyini elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB