Somalidə partlayışda ölənlər və xəsarət alanlar var

Somalidə partlayışda ölənlər və xəsarət alanlar var

Somalinin Hiran əyalətində baş verən üç partlayış nəticəsində azı 15 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə "Somali Guardian" məlumat yayıb.

Cəlaləksi şəhərində bomba yüklü avtomobilin şəhər polis binası yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində partladılması nəticəsində 4 nəfər həlak olub. Bulobard şəhərində də partlayış baş verib, 11 nəfər ölüb, 52 nəfər yaralanıb.

Hər iki hadisəyə görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə