Türkiyədə zəlzələ olub

Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 4.9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Türkiyə vaxtı ilə saat 06:36 qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələnin təsiri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə