“Dünya gözəli” müsabiqəsinin qalibi seçildi

“Dünya gözəli” müsabiqəsinin qalibi seçildi

ABŞ-ın Nyu-Orlean şəhərində keçirilən 71-ci “Dünya gözəli” müsabiqəsinin tacını ABŞ təmsilçisi R'Bonni Qabrielle qazanıb. SİA xəbər verir ki, yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikandan Andreina Martines Funye tutub.

Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib.

Qeyd edək ki, ötən il müsabiqənin qalibi Hindistan təmsilçisi Harnaz Sandhu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə