Çexiyada 13-14 yanvar tarixlərində keçirilən prezident seçkilərində bülletenlərin 100%-i sayılıb. SİA yerli "Novinky" nəşrinə istinadən xəbər verir ki, seçici fəallığı 68,24% təşkil edib.
Ümumilikdə seçki məntəqələrinə 5 milyon 626 min 824 seçici gəlib. Səslərin 99,21 faizi etibarlı sayılıb.
Məlumata görə, seçkilərdə NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel 35,4% səslə qalib gəlib. Ölkənin keçmiş baş naziri Andrey Babiş isə 34,99% səs qazanıb. Digər namizədlər 15%-dən az səs toplayıb.
Beləliklə, seçkilərdə ən çox səs toplayan iki namizəd yanvarın 27-28-də keçiriləcək ikinci tur seçkilərdə yarışacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB