Rusiya Ukraynaya 38 raket atıb

Rusiya Ukrayna şəhərlərinə 38 müxtəlif tipli raket atıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Rusiya Xəzər dənizi regionunda yerləşən səkkiz Tu-95MS strateji bombardmançı təyyarəsindən Kh-101/Kh-555 qanadlı raketlərini və Qara dənizdəki gəmilərdən “Kalibr” raketlərini atıb.

Raketlərdən 25-i Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Raket zərbələri nəticəsində ölənlər və çoxlu sayda yaralananlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə