Petr Pavel və Andrey Babiş prezident seçkilərinin 2-ci turuna yüksəlib
Çexiyanın keçmiş Baş naziri Andrey Babiş və ehtiyatda olan ordu generalı Petr Pavel prezident seçkilərinin ikinci turuna keçib. SİA xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, seçki məntəqələrinin 99,99 faizində səslərin hesablanmasından sonra P.Pavel 35,39 faiz, A.Babiş isə seçicilərin 35 faizinin dəstəyini qazanıb. Birinci turda seçici fəallığı 68,24 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB