Rusların yeni T-90M tankları...

Rusiya qoşunları Xerson istiqamətində keçirilən xüsusi əməliyyat zamanı ən son təkmilləşdirilmiş T-90M “Breakthrough” tankından istifadə edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd olunur ki, döyüş maşınları müəyyən edilmiş koordinatlarda hədəfləri vurub. Tank komandiri T-90M-ni etibarlı və rahat maşın adlandırıb. O əlavə edib ki, tank təkmilləşdirilib və ekipaj yaxşı mühafizə olunub. “Bizim T-90 tank əleyhinə mina ilə partladılmışdı, tırtıl zədələnmədi, sadəcə çarx qopdu və o, öz gücü ilə döyüş bölgəsini tərk etdi, bütün ekipaj salamat qaldı”.

Rus saytlarının verdiyi məlumata görə, T-90M çoxqatlı zireh, “Relikt” reaktiv zireh və qəfəs ekranlı yeni qüllə modulu alıb. Bundan əlavə tankın arsenalına 125 mm kalibrli 2A82-1M hamarbucaqlı silah və uzaqdan idarə olunan zenit pulemyot qurğusu daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə