Polyanski sülh sammitinin keçirilməsi üçün şərtləri açıqlayıb

Polyanski sülh sammitinin keçirilməsi üçün şərtləri açıqlayıb

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski, Kiyevin təşəbbüsü ilə BMT-də sülh sammitinin keçirilməsini dünya təşkilatının Baş Assambleyasının qərarını tələb edəcəyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Qaydalara görə, BMT-də sammitin keçirilməsi üçün Baş Assambleyanın qərarı tələb olunur, çünki konkret büdcə məsələləri həll edilməlidir”, -deyən rusiyalı diplomat qeyd edib ki, BMT çərçivəsində keçirilən görüşü zirvə toplantısı adlandırmaq qadağan edilməyib, lakin arzuya qapılmaq olmaz məsələsinə aydınlıq gətirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, Ukraynanın “sülh sammiti”nə ev sahibliyi etmək təklifinin Kiyevin Qərb ölkələrinin xoşuna gəlmək cəhdindən başqa bir şey olmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə