Moldovanın baş naziri Nataliya Qavrilitsa raket parçasının ölkə ərazisinə düşməsindən qəzəbləndiyini bildirib. O, sosial şəbəkələrində bunu respublikanın “suverenliyinə hörmətsizlik” adlandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölkənin şimalında raket parçalarının düşməsi bu gün məlum olub. Moldova Daxili İşlər Nazirliyi dəqiqləşdirib ki, təyyarənin qalıqları Larqa keçid məntəqəsinin sərhəd naryadı tərəfindən aşkar edilib.
Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak Ukrayna ərazisinə raket zərbələri endirilməsi barədə danışıb. Onun sözlərinə görə, hücumların dəf edilməsində hava hücumundan müdafiə və aviasiya iştirak edib.
Bundan əlavə, Moldovanın sərhəd polisi də Ukrayna tərəfi hava hücumu fonunda Larqa-Kelmentsi keçid məntəqəsinin fəaliyyətini dayandırdığını da bildirib.
Yeri gəlmişkən, raket qalıqlarının Moldova ərazisinə düşməsi artıq üçüncü dəfədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB