Bu gün günortadan sonra Londonun mərkəzində baş verən atışma nəticəsində üç qadın və bir uşaq güllə yaraları ilə xəstəxanaya aparılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, avtomobildə olan naməlum şəxslər Euston stansiyası yaxınlığındakı kilsənin yanındakı küçədə insanlara atəş açıblar.
Hazırda hadisə yerində çoxlu sayda polis əməkdaşı olduğu bildirilir. Verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri davam etdirilir, hadisənin başvermə şəraiti dəqiqləşdirilir.
Qeyd edək ki, hələ heç kim saxlanılmayıb.
Məlumatlara görə, atəşlər hərəkətdə olan avtomobildən açılıb, daha sonra isə atəş açanlar hadisə yerindən qaçıblar. Polisin məlumatına görə, yaralananlar arasında 3 qadın var, onların həyatı üçün təhlükə yoxdur. Ehtimallara görə, eyni hadisə nəticəsində vəziyyəti haqqında məlumat verilməyən yeddi yaşlı qız da yaralanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB