Dünyanın ən "nümunəvi ordusu", sən demə, “Vaqner”miş?

Dünyanın ən "nümunəvi ordusu", sən demə, “Vaqner”miş?

Bu arada Yevgeni Priqojin oğru və başkəsənlərdən tərtib etdiyi “Vaqner”i hazırda dünyada mövcud olan ən təcrübəli ordu kimi təqdim edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq videomüraciəti onun mətbuat xidməti Telegram-da dərc edib.

Qrupun fəaliyyətinin səmərəliliyini izah edən sahibkar qeyd edib ki, onun döyüşçüləri uzun illərdir mübarizə aparır. Priqojin vurğulayıb ki, onların öz hərbi texnikası: təyyarələri, bütün növ reaktiv yaylım atəşi sistemləri, hava hücumundan müdafiə sistemləri, bütün çaplı artilleriya, tank və piyadaların döyüş maşınları olduğu üçün onlara verilən bütün tapşırıqları özləri yerinə yetirirlər.

Sən demə, “Vaqner”də mükəmməl inkişaf etmiş idarəetmə sistemi mövcud imiş. Burada hamı bir-birini eşidib, hamı bir-birinə böyük hörmət edirmiuş. Bundan əlavə döyüşqabağı komandirlər döyüşçülərlə, “Vaqner” rəhbərliyi isə komandirlərlə məsləhətləşirmiş.

Priqojin onu da bildirib ki, bu gn ən sərt nizam-intizam “Vaqner”in sıralarında fəaliyyət göstərir.

Onun dediyinə görə, qərarlar qəbul edilərsə, bütün vəzifələr tamamlanır və heç kim geri qaytara bilməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə