“Ruzvelt” esminesi Tallinə çatıb

“Ruzvelt” esminesi Tallinə çatıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ruzvelt” esminesi Tallinə çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın Estoniyadakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

Səfirlik bdiriblər ki, gəmi Tallinə “yanacaq doldurmaq və təchizatı artırmaq üçün planlaşdırılmış səfərlə” gəlib. Bundan əlavə, dənizçilərə şəhərə səfər etmək imkanı veriləcək. Əvvəllər bəyan edilib ki, təlimlərdən sonra Amerikanın dörd hərbi gəmisi Baltikyanı ölkələrə gəlib.

Xüsusilə, iki desant dok gəmisi (“Arlinqton və Gunston Hall”) və desant gəmisi “Kearsarge” Klaypeda limanında dayanıb. İdarə olunan raket esminesi “Paul İqnatius” isə Tallinə göndərilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə