Medvedev Yaponiyanın baş nazirini “satqın” adlandırıb

Medvedev Yaponiyanın baş nazirini “satqın” adlandırıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaponiyanın baş nazirini “satqın” adlandırıb və onun Rusiyanın nüvə planları paranoyası ilə bağlı sözlərini deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq yazı rusiyalı siyasətçinin “Telegram” kanalında dərc olunub.

Qeyd edək ki, Dmitri Medvedev ABŞ prezidenti Cozef Bayden və Yaponiyanın baş naziri Fumio Kişidanın Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı heç bir əsası olmayan birgə bəyanatını şərh edib.

Belə ki, iki yüksək səviyyəli siyasətçi bəyanat verərək bildiriblər ki, Rusiyanın Ukraynada nüvə silahından hər hansı mümkün istifadəsi bütün bəşəriyyətə qarşı düşmənçilik hərəkəti olacaq.

Məhz olk olaraq Yaponiya baş nazirinin dediklərinə diqqət çəkən Medvedev onu “amerikalılara xidmət edən kadr” adlandırıb. Bununla yanaşı Medvedev, Fumio Kişidanın dediklərini Xirosima və Naqasakidəki nüvə atəşində yanan yüz minlərlə yaponun xatirəsinə xəyanət kimi dəyərləndirib.

“Kisida nüvə silahından tam istifadə edən yeganə ölkənin ABŞ olması ilə qətiyyən maraqlanmır. O, bunu ABŞ prezidentinə xatırlatmalı və tövbəsini tələb etməlidir”.

Medvedev bunu da Telegram kanalında yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə