Ukraynadan sonra ikinci “dilənçi” Moldova Respublikasıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Krım regional ictimai təşkilatının sədri politoloq İvan Mezyuxo bildirib. Onun fikrincə, Moldova hazırda borca düşüb, ümumi daxili məhsulu isə məhv edilib.
“Moldova artıq Ukraynadan sonra ikinci dilənçiyə çevrilir və prezident Maya Sandu Zelenski kimi totalitar meyllər nümayiş etdirir”.
Rusiyalı ekspert deyib bunu.
Qeyd edək ki, Mezyuxo moldovanlara “məsləhət”indən də qalmayıb. Moldova tərəfini Rusiya Federasiyasının mədəniyyəti ilə mübarizə aparmaq əvəzinə, onunla normal sosial-iqtisadi münasibətlər qurmaqla məşğul olmağa çağırıb.
Politoloq deyir ki, belə mübarizə ilk növbədə Rusiya ərazisində qazanc əldə edən Sandu həmvətənlərinə ziyan vurur. Onların gəlirləri isə respublika büdcəsinin bir hissəsidir.
Sandunun indiki yolunu iqtisadi deqradasiya yolu hesab edən rusiyalı politoloq Moldova dövlətinin Rusiya Federasiyasına heç bir şəkildə, o cümlədən iqtisadi cəhətdən müqavimət göstərə bilməyəcəyini də kəşf edirmiş kimi bəyan edib.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Moldova parlamentinin keçmiş spikeri Mixaq Qimpi, respublikada ana dilini “boğan” rus dilini dayandırmağa çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB