Bu arada Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin cinayət məcəlləsinə ekstremizmi qızışdırmaq, nasizmi reabilitasiya etmək və ya Rusiya ordusunu “reabilitasiya etmək” üçün ölkəni tərk etmiş rusların əmlakının müsadirə edilməsi üçün dəyişiklik edilməsini təklif edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, özünün Teleqram kanalında çıxış edən Volodin, son vaxtlar bəzi ruslar Rusiyanı, onun sakinlərini, əsgər və zabitlərini təhqir etməyi, bədxahları, nasistləri və qatilləri açıq şəkildə dəstəkləməyi mümkün hesab edirlər. Onun fikrincə onlar bunu guya xeyirxahlıq etmək və öz mövqelərini qoruyub saxlamaq üçün edirlər.
“Rusiya Federasiyasının qanunvericiliyinə görə, bu cür bəyanatlar ekstremizmə çağırışlar, nasizmin reabilitasiyası və ya Silahlı Qüvvələrin nüfuzdan salınması kimi qiymətləndirilə bilər”- deyən Volodin, ölkədən gedənlərin Rusiyanın sayəsində (?) rahat yaşadıqlarını diqqətə çatdırıb.
Dövlət Dumasının spikeri Rusiyadan qaçanların xaricdə olarkən buradakı daşınmaz əmlaklarını icarəyə verdiklərini, Rusiya vətəndaşlarının hesabına qonorar almağa davam etdiklərini də bildirib.
Gərək ki, Rusiyada 21 sentyabr 2022-ci ildə “qismən səfərbərlik” elan edildikdən sonra başlayan qaça-qaç yadınızda olar.
O da yadınızda olar ki, həmən ərəfədə, elə əslində indi də Rusiyada yüksək rütbəli siyasətçilər son vaxtlar ölkəni tərk etmiş vətəndaşları “satqın” adlandırmağa başladılar.
Keçmiş prezident Dmitri Medvedev onları “ölənə qədər” Rusiyadan kənarda saxlamağı təklif etdi. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə onlar üçün vergiləri artırmağı təklif etdi.
Budur, Duma spikeri “yeni təklif”lə gəlib. Belə ki, o, ölkəni tərk edən “alçaqların” əmlakının müsadirə edilməsini təklif edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB