Özünü elan edən Kosovo Respublikasının baş naziri Albin Kurti boş yerə özünü yeni Vladimir Zelenski, Serbiya isə Rusiya kimi təqdim etməyə çalışır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Qeyd olunur ki, jurnalistlər Serbiya prezidentindən Kurtinin Serbiya və Kosovo sərhədlərinin Rusiya və Şimali Atlantika Alyansının sərhədlərinə çevrilməsi ilə bağlı açıqlamasına münasibət bildirməsini istəyiblər.
“Bu, Kurtinin özünü qurban, yeni Zelenski kimi təqdim etməyə çalışdığı daha bir ümidsiz mesajdır”.
Vuçiç deyib bunu.
Serbiyanın rəhbəri vurğulayıb ki, ölkənin öz sərhədləri var və onlar Kosovo hökuməti tərəfindən deyil, BMT Nizamnaməsi və 1244 saylı qətnamə ilə müəyyən edilib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bölgədəki qarşıdurma fonunda mütəmadi olaraq Qərb ölkələrinin liderlərinə hərbi və maliyyə dəstəyi xahişi ilə müraciət edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB