"Türkiyə sanksiyalara qoşulmayacaq"

Türkiyə Rusiyaya qarşı sanksiyaların faydasız olduğunu deyir
"Türkiyə sanksiyalara qoşulmayacaq"

Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları səmərəsiz olduğunu sübut etdi..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın çıxış edib.

O vurğulayıb ki, Türkiyə sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Rusiyadan daha çox ölkənin özünə zərər verə bilər.

Kalının fikrincə, Qərbin Rusiyaya qarşı indiyədək gördüyü tədbirlərin heç biri effektli olmayıb.
Türkiyəli rəsmi nümayəndəyə görə, bu sanksiyalar Rusiyanın hərəkətlərini dəyişdirmədi, həmçinin ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı vermədi.

Türkiyə sanksiyalara qoşulmayacağını deyən Kalın, bu sanksiyaların Rusiyadan çox Türkiyəyə zərər verəcəyini də istisna etməyib.

Əgər Rusiyanın rəyi nəzərə alınmasa, Ukrayna münaqişəsi ilə bağlı heç bir sülh planı işləməyəcək-deyən Kalının fikriuncə, məsələnin həlli üçün danışıqlarda Avropa İttifaqı və ABŞ-ın da iştirak etməli olduğunu bildirib.

Bütün bunlarla yanaşı, türkiyəli səlahiyyətli münaqişənin uzanacağı təqdirdə, Avropa cəmiyyətinin yorğunluğuna gətirib çıxaracağını və buna görə də onların Ukraynaya dəstəyi dayandıracağını deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə