17 milyon 254 min tondan çox taxıl ehtiyacı olan ölkələrə göndərilib

17 milyon 254 min tondan çox taxıl ehtiyacı olan ölkələrə göndərilib

Bu günə qədər 17 milyon 254 min tondan çox taxıl Ukrayna limanlarından ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə göndərilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daşınma çərçivəsində 643 gəmi Ukrayna limanlarından taxıl ilə yüklənmiş formada yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə