Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də, yəni Rusiyanın bu ölkədə müharibəyə başlamasının ildönümündə BMT Baş Assambleyasının iclasında çıxış etmək üçün Nyu-Yorka səfər edə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidentinin Nyu-Yorka səfər etmək niyyəti var. Amma təhlükəsizliklə bağlı vəziyyətə görə onun səfəri sual altındadır.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya fevralda çox ciddi hücum planlaşdırır. Bu amil Ukrayna Prezidentinin səfər planını çətinləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB