Rusiya Xarkova zərbələr endirir

Rusiya ordusunun raket zərbələri nəticəsində regionun kritik və sənaye infrastruktur obyektlərinə ziyan dəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi idarəsinin sədri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, "Bu gün səhər düşmən Xarkov və regionun mühüm enerji infrastrukturu və sənaye obyektlərinə növbəti raket hücumu həyata keçirib. Şəhərdə və regionun yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə