Rusiya uzunmüddətli müharibəyə hazırlaşır

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır

Rusiyada hərbi vəziyyət elan oluna bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Belə ki, Ukraynanın ölkə iqtisadiyyatını və hərbi-sənaye kompleksini yenidən təşkil etməsi bunun göstəricisidir.

Verilən məlumatlara görə, Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətinin tətbiqinə hazırlıqlarından xəbər verir. Rusiya müharibəni davam etdirmək üçün bütün resursları istifadə etməyə çalışır. Ukraynadakı qoşunlara yeni komandanın təyin olunması da Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə