Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

SİA “RBK Ukraina”ya istinadən bildirir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar "İsgəndər" raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə