Şahım Abdrahmanov ilk yeraltı qaz anbarının tikilməsini planlayır
Türkmənistan hökuməti ölkədə ilk yeraltı qaz anbarının tikilməsini planlayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkmənistanın Baş nazirin müavini Şahım Abdrahmanov hökumətin iclasında bildirib ki, bu məqsədlə beynəlxalq təcrübəyə uyğun olaraq texniki-iqtisadi əsaslandırmanın hazırlanması, həmçinin layihələndirmə və tikinti işləri üçün beynəlxalq konsaltinq şirkətlərinin cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, Türkmənistan Rusiya, İran və Qətərin ardınca dünyada ən çox təbii qaz ehtiyatlarına malik dördüncü ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB