Dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətlərinin reytinq siyahısı tərtib edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə 385 aviaşirkət araşdırılıb.
Beləliklə, dünyanın ən təhlükəsiz hava yolları şirkəti Avstraliyanın “Qantas” şirkəti seçilib. İkinci yerə Yeni Zelandiyanın “Air New Zeland” şirkəti, üçüncü yerə isə Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” şirkəti layiq görülüb.
Bundan əlavə, ən təhlükəsiz aviaşirkətlər arasında “Qatar Airways”, “Emirates”, “Singapore Airlines”, “Lufthansa”, “Finnair”, “British Airways” şirkətlərinin adları var.
Reytinq tərtib edilərkən ölümlə nəticələnən qəzalar, gəlirlilik, təhlükəsizlik, pilotların hazırlığının səviyyəsi, şirkətin hava gəmisinin fəaliyyət müddəti nəzərə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB