Berdiməhəmmədov birpalatalı parlamentə qayıtmağı təklif edir

Berdiməhəmmədov birpalatalı parlamentə qayıtmağı təklif edir

Türkmənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərin hazırlanması və ümumiləşdirilməsi üçün konstitusiya komissiyası yaradılıb. Burada məsələ əslində birpalatalı parlamentə qayıtmaqdan gedir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə bir təşəbbüslə Türkmənistanın keçmiş prezidenti və Xalq Maslaxatının (parlamentin yuxarı palatası) sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

Belə ki, çıxışına uzaqdan başlayan Berdiməhəmmədov, sonda xalq hakimiyyətinin ali nümayəndəlik orqanını, yəni Türkmənistanın Xalq Maslaxatını yaratmağı təklif edib.

Qeyd edək ki, bundan sonra rəsmi mətbuat Qurbanqulu Berdiməhəmmədovun fərmanını və prezidentin oğlu Serdarın fərmanını dərc edib. Qərar konstitusiya komissiyasının yaradılması və Əsas qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin prezidentin sərəncamına əsasən yanvarın 21-nə təyin edilmiş parlamentin iki palatasının birgə iclasına təqdim edilməsindən bəhs edir.

Verilən məlumatlara görə, Xalq Maslaxatı Konstitusiyaya edilən dəyişikliklərdən sonra yenidən müstəqil hakimiyyət orqanına çevriləcək və təmsilçi hakimiyyətin ali orqanı elan ediləcək. Ona Konstitusiyaya dəyişiklik etmək, konstitusiya qanunlarını qəbul etmək, dövlətin daxili və xarici siyasətini müəyyən etmək səlahiyyətləri veriləcək.

Bu arada hökumətə yaxın mənbə belə ehtimal edir ki, Qurbanqulu Berdiməhəmmədov bu yolla “mütləq hakimiyyəti” öz əlində cəmləşdirmək istəyir.

Görünür, arxadağlılar hakimiyyətin oğluna keçdikdən sonra ən azı formal və ictimai-siyasi həyat nöqteyi-nəzərindən hakimiyyət iyerarxiyasında kənarda qalmasını bəyənmir. Hərçənd reallıqda o, hələ də ölkədə baş verən hər şeyə mütləq təsirini qoruyub saxlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə