Moskva İncəsənət Teatrının bədii rəhbəri Konstantin Xabenski Rusiya Federasiyasının xalq artisti Dmitri Nazarov və onun həyat yoldaşı Olqa Vasilyevanın teatrdan azad edilməsi haqqında sərəncam imzalayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” nəşri yazır.
Beləliklə, nəşrin yazdığına görə, Nazarovun işdən çıxarılmasına səbəb onun ictimaiyyətə açıqlamaları, xüsusən də hərbi əməliyyat mövzusu, həmçinin onun anti-Rusiya əhval-ruhiyyəsidir.
Rusiya nəşrinin yazdığına görə, hələ Nazarov işdən çıxarılmamışdan əvvəl bədii rəhbər dəfələrlə onunla danışıb, onu “ağıllı olmağa” çağırışlar edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın müxtəlif şəhərlərində Nazarovun iştirakı ilə tamaşaların ləğv olunduğu bildirilib.
Belə ki, Nijni Tagildə “Məhəbbətin kökü” tamaşasının nümayişi ləğv edilib.
Rus saytlarının yazdığına görə, artıq tamaşaçılar özləri Nazarovu öz şəhərləində görmək istəmədiklərini bəyan ediblər.?!
Operativliyi deyirəm ey...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB