Aktyor Artur Smolyaninov da "xarici agentmiş"?

Aktyor Artur Smolyaninov da "xarici agentmiş"?

Rusiyanın Ədliyyə Nazirliyi xarici agentlər siyahısına aktyor Artur Smolyaninov və tənqidçi Artemi Troitski də daxil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, 2023-cü ildə siyahıya ilk əlavədir.

Qeyd etdiyimiz kimi, Rusiyanın Ədliyyə Nazirliyi xarici agentlərin siyahısına, o cümlədən, aktyor Artur Smolyaninov və musiqi tənqidçisi Artemi Troitski də əlavə edib.

Ümumilikdə cümə günü xarici agentlər siyahısına altı nəfər və bir təşkilat, “Tenes” MMC əlavə edilib. “SPARK”-ın məlumatına görə, onun təsisçiləri əvvəllər Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan bir neçə şəxs, o cümlədən jurnalistlər Mixail Zıqar və Natalya Telegina və tənqidçi Anton Dolindir.

Yeri gəlmişkən qeyd edək ki, indi siyahıda fiziki şəxslər və təşkilatlarla birlikdə 522 iştirakçı var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə