Rusiya 2022-ci ili 11,94 faiz inflyasiya ilə başa vurub

Rusiya 2022-ci ili 11,94 faiz inflyasiya ilə başa vurub

“Rosstat”ın məlumatına görə, ötən il Rusiya Federasiyasında inflyasiya 11,94 faiz təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dekabrda kommunal xidmət tariflərinin bir il ərzində ikinci indeksasiyası ilə əlaqədar olaraq aylıq inflyasiya 0,78 faizə yüksəlib - noyabrda bu göstərici 0,37 faiz təşkil edib. Departament əlavə edib ki, noyabrda illik inflyasiya 11,98 faiz olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə