Kreml Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlığa başlayıb. Rusiya prezident administrasiyasının rəsmiləri ondan çıxış edirlər ki, müharibəyə baxmayaraq, seçkilər vaxtında - gələn martda keçiriləcək və Vladimir Putin də seçkilərdə iştirak edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.
2020-ci ildə Konstitusiyaya qəbul edilən dəyişikliklər onun prezidentlik müddətlərini “qüvvətsizləşdirib” və 2024 və 2030-cu illərdə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyə imkan verib. Maraqlıdır ki, 2000-ci ildən (2008-2012-ci illər fasiləsi ilə) prezident olan Putinin özü hələ seçilib-seçilməyəcəyini açıqlamayıb.
Kreml 2023-cü ilin payızında keçiriləcək regional seçkilərdə 2024-cü il üçün müxtəlif texnologiyalar və “mənalı ideyaları” sınaqdan keçirmək niyyətindədir.
Bunu da “Kommersant” yazır və diqqətin “yeni təbəqə”yə, yəni Ukraynadakı müharibədə iştirak edənlərə və onların qohumlarına veriləcəyini, üstəlik, Kreml Ukraynanın dörd vilayətinin bu yaxınlarda ilhaq edilmiş ərazilərində də seçkilərin keçiriləcəyinə inanaraq, elektoratla işləməyi gözləyir.
Bu arada “Nestka” saytı də Kremlin 2024-cü il prezident seçkilərinə hazırlığın yeni mərhələsinə keçdiyini yazıb. Deyilənlərə görə, artıq Rusiya regionlarının hakimiyyət orqanları kampaniyaya hazırlaşmaq üçün sifarişlər alıb. Onların rəhbərlərinə indi sakinlər üçün yaxın aylarda həll etməli olduqları ən vacib sosial problemlərin siyahısını tərtib etmək, həmçinin sosial şəbəkələrdə əhval-ruhiyyəni qiymətləndirmək və onların yaxşılaşdırılması üçün tədbirlər görmək tövsiyə olunub.
Qeyd edək ki, Putindən başqa, m ümkün namizədlər, Dövlət Dumasında təmsil olunan partiyaların nümayəndələridir. Onu da qeyd edək ki, onların da hamısı müharibəni dəstəkləyənlərdir.
Bundan başqa yenə də rus saytının yazdığına görə, Kreml Rusiya regionlarının rəhbərlərinə sentyabrda keçiriləcək regional seçkilərə qədər mümkün qədər açıq şəkildə Ukrayna ilə müharibə zonasına getməyi tövsiyə edib. Bildirilir ki, tövsiyə seçkiqabağı təşviqat aparacaq rayon rəhbərlərinə aiddir.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Vedomosti” nəşri yanvar və ya fevralın sonlarında Moskva vilayətində daxili siyasət üzrə vitse-qubernatorlar üçün xüsusi seminarlar keçiriləcəyini və bu seminarlarda digər məsələlərlə yanaşı, prezident seçkiləri mövzusuna da toxuna biləcəyini yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB