Fransa Ukraynaya yüngül döyüş tankları göndərəcək

Fransa Ukraynaya yüngül döyüş tankları göndərəcək

Fransa 2 ay ərzində Ukraynaya AMX 10-RC tipli yüngül döyüş tankları göndərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Fransa Müdafiə Nazirliyindən verilən açıqlamada, nazir Sebastien Lekornu ilə ukraynalı həmkarı Oleksi Reznikov arasında dünən telefon danışığının olduğu bildirilib.

Açıqlamada Lekornun görüş zamanı Rusiyaya qarşı mübarizə aparan Ukraynaya sarsılmaz dəstəyini bir daha təkrarladığı və Rusiyanın Ukraynanın mülki infrastrukturlarını hədəf alan bombardmanlarını pislədiyi bildirilib.

Açıqlamada həmçinin bildirilib ki, görüş zamanı iki nazir Fransanın Ukraynaya hərbi yardımını müzakirə edib və Fransanın 2 ay ərzində Ukraynaya AMX 10-RC tipli yüngül döyüş tankları göndərməsinə qərar verilib.

Fransa və Ukraynanın müdafiə nazirləri Ukrayna əsgərlərinin bu tanklardan istifadə edə bilmələri üçün təlimlər təşkil etmək qərarına gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə