Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşıv siyasətini qiymətləndirib

Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşıv siyasətini qiymətləndirib

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı yürütdüyü sanksiya siyasətinin yanlış olduğunu və bunu dəyişdirməsinin vacibliyini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Macarıstanın ''Kossuth'' radiosuna müsahibə verən Viktor Orban bildirib ki, Rusiyaya qarşı sanksiyalar ləğv olunarsa enerji qiymətləri və ümumi inflyasiya iki dəfə azalacaq ancaq Avropa İttifaqı bunun üçün siyasi qərar qəbul edilməlidir.

Macarıstanın sanksiyalara görə daha əvvəl 7 milyard avro ödədiyi enerjiyə 17 milyard avro ödədiyini açıqlayan Orban ölkəsinin sanksiyaların qarşısını alacaq gücə sahib olmadığını, ancaq Almaniya və ya Fransa kimi böyük dövlətlərin bunu edə biləcəyini söyləyib.

Viktor Orban müharibə və sanksiyalar səbəbindən avropalıların böyük zərər çəkdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə