Peruda ölənlərin sayı 48 nəfərə çatıb

Peruda ölənlərin sayı 48 nəfərə çatıb

Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən polislə etirazçılar arasında toqquşmalarda ölənlərin sayı 48 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, Kusko şəhərində yürüş edən yüzlərlə insanın təhlükəsizlik qüvvələri ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

Dekabrın 11-dən bu günə qədər hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayı 48-ə yüksəlib, yaralananların sayı isə 700-ü keçib.

Ombudsman Aparatının məlumatına görə, etirazlarda ölən 48 nəfərdən 40-ı təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində dünyasını dəyişib.

Etirazlarla bağlı Milli İnsan Haqları Koordinatorluğundan verilən açıqlamada polisin nümayişçilərə qarşı qeyri-mütənasib zorakılıq tətbiq etdiyi və hakimiyyətdən bunun dayandırılmasını tələb etdiyi bildirilib.

Xatırladaq ki, yanvarın 10-da prezident Dina Boluarte növbəti dəfə nümayişçiləri dialoqa çağırıb və etirazların dayandırılmasını tələb edib.

Dekabrın 7-də Konqres tərəfindən keçmiş prezident Pedro Kastillonun vəzifəsindən kənarlaşdırılmasından sonra Peruda etirazlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə