Zaxarova ABŞ Dövlət Departamentini ittiham edib

Zaxarova ABŞ Dövlət Departamentini ittiham edib

Deməli, ABŞ Dövlət Departamentinin rəsmi saytında Mariya Zaxarovanın sözlərindən hansınısa sitat kimi gətirərək, qırmızı hərflərlə bunu “yalan” kimi təqdim ediblər.

Təbii ki, SİA-nın da xəbər verdiyi kimi, bu xanım Zaxarovanı bir xeylam əsəbləşdirib.

Amma buna baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Amerika rəsmilərinə "təşəkkür" edib və onlara kiçik bir axtarış aparmağı təklif edib.

“Mən indi sizə açıqlama verəcəm. Və əgər Dövlət Departamenti bunu “yalan” kimi etiketləmirsə, deməli, bu doğrudur”.

Beləliklə, Zaxarova şərtləri bəyan edib və bundan sonra Ukrayna prezidenti Vladimir Zelenskinin uzun illərdir ki, qanunsuz olaraq narkotik istifadə etdiyini açıqlayıb.

Və bundan da sonra rusiyalı diplomat ABŞ Dövlət Departamentinə bu mesajı təkzib edib etməmək barədə qərar vermək üçün vaxt verib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Zaxarova Kiyevin Ukrayna Pravoslav Kilsəsinə qarşı atdığı addımları “din əleyhinə qəzəb” kimi təqdim etmişdi. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Ukraynada milyonlarla dindarın hisslərinə məhəl qoymadan insan hüquqlarını pozmaqda davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə