Üç uşaq ataları üçün səfərbərlikdən möhlətin ləğvi məsələsi üzərində hələ ki, işlənilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Rusiya Müdafiə Nazirliyinin qaynar xəttindən verilib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, möhlət dörd uşaqlı atalar üçün nəzərdə tutulub.
Bununla belə, Dövlət Dumasının deputatı Nina Ostanina öz “Teleqram” kanalında üç uşaq ataları üçün səfərbərlikdən möhlətin ləğv edildiyi barədə yazıb.
Qeyd edək ki, deputat xanım Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü İrina Kirkoraya istinad edib.
Yeri gəlmişkən xatırladaq ki, Kreml Rusiyada hələ ki, yeni səfərbərlik dalğasının planlaşdırılmadığına inandırmağa çalışır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB