İsveçdə PKK qalmaqalına qarşı cinayət işi açıldı

İsveçdə PKK qalmaqalına qarşı cinayət işi açıldı

Prezident Rəcəb Tayyib Ərdoğanın vəkilləri İsveçdəki terror təşkilatı PKK/YPG qalmaqalı ilə bağlı cinayət işi açıb.

Dövlət başçısı Ərdoğanın vəkili Hüseyn Aydın İsveçin paytaxtı Stokholmda terror təşkilatı PKK/YPG tərəfdarları tərəfindən prezidentin də hədəf alındığı terror təbliğatı ilə bağlı açıqlama verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Hüseyn Aydın keçirilən etirazlarla bağlı Ankara Cümhuriyyət Baş Prokurorluğuna cinayət işi açıldığını açıqlayıb.

H.Aydın sosial media hesabından etdiyi paylamışda bu ifadələrdən istifadə edib:

“Prezidentimizi hədəf alan və cinayət təşkil edən terror təşkilatı PKK tərəfindən Stokholmda təşkil edildiyiməlum olan nümayişlərin səbəbkarları haqqında istintaq başlanması tələbi ilə Ankara Cümhuriyyət Baş Prokurorluğuna cinayət işi açılıb. "

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda tarixi bələdiyyə binasının qarşısında toplaşan terror təşkilatı PKK/YPG tərəfdarı bir qrup prezident Rəcəb Tayyıb Ərdoğana bənzədilməyə çalışılan bir kuklanı dirəyə asıb və görüntüləri sosial mediada paylaşıb.

Terror təşkilatı PKK/YPG ilə əlaqəli sosial media hesablarından paylaşılan videoda Türkiyeni və prezident Ərdoğanı hədəf alan təhdidlərin türkcə altyazılarla edildiyi görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə