Maliyyə naziri yol qəzasına düşüb

Maliyyə naziri yol qəzasına düşüb

Avstriyanın maliyyə naziri Maqnus Brunner ağır kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, elektrikli skuterdən yıxılıb.

Hadisə ötən gecə Brunner Avstriya parlamentinin binasının təmirdən sonra açılış mərasimindən evə qayıdarkən baş verib.

Nazirin durumu orta-ağır olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə