Macarıstanda polisә hücum edilib, ölәnlәr var

Macarıstanın paytaxtı Budapeştdə polis əməkdaşları bıçaqlı hücuma məruz qalıb.
Macarıstanda polisә hücum edilib, ölәnlәr var

Macarıstanın paytaxtı Budapeştdə polis əməkdaşları bıçaqlı hücuma məruz qalıb. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, 3-ü də yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yerli polis bir nəfərin mənzilə daxil olmağa cəhd göstərdiyi ilə bağlı məlumat əldə edib. Hadisə eyrinə gedən polis təcavüzkarın hücumuna məruz qalıb. Təcavüzkar onu saxlamaya çalışan dörd polis əməkdaşını yaralayıb.
Qaçmağa cəhd göstərən təcavüzkar polis tərəfindən saxlanılıb.
Yaralanan polislər xəstəxanaya çatdırılıb. Polislərdən biri edilən tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə