Təyyarə Özbəkistanda məcburi eniş edib

Təyyarə Özbəkistanda məcburi eniş edib

Banqkokdan Moskvaya uçan “Boeing 777” təyyarəsi Özbəkistanın Səmərqənd şəhərinə məcburi eniş həyata keçirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda bunlar qeyd olunub: "Təyyarənin məcburi enməsinə səbəb qadın sərnişlərdən birində vaxtından əvvəl doğuş sancılarının baş verməsi və göyərtədə stüardessanın xəsarət alması nəticələnən davanın baş verməsidir. Beləliklə ekipaj heyəti marşrut boyunca ən yaxın hava limanına enmək barədə qərar qəbul edib. Eniş etdikdən sonra doğum sancısı keçirən qadın xəstəxanaya, digər sərnişinlər isə otelə yerləşdiriliblər".

Bütün xəbərlər Facebook səhifəmizdə